RU

Meksika ABŞ-yə cavab verməyə hazırlaşır - 400 min nəfər işsiz qala bilər

Meksika hökuməti Trampın rüsumları artırmaqla bağlı vədlərini cavabsız qoymayacağını bildirib.  


Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Meksika Prezidenti Klaudiya Şeynbaum verib. 


Şeynbaum qeyd edib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəd etdiyi kimi Meksikadan idxal edilən mallara tətbiq edilən gömrük rüsumlarını 25 faiz artırarsa, Meksika da oxşar addımlar atacaq. 


Meksika hökuməti hesab edir ki, bu addımlar ABŞ-də 400 000 iş yerinin itirilməsinə və Amerika istehlakçılarının xərclərinin artmasına səbəb olacaq. 


Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard da tariflərin artırılmasının ABŞ istehlakçıları üçün zərərli olacağını bildirib. Ebrard xəbərdarlıq edib ki, tariflər ABŞ-də kütləvi iş itkilərinə, yavaş böyüməyə səbəb olacaq və Meksikada mal istehsal edən ABŞ şirkətlərinə zərbə vuraraq, ödədikləri vergiləri ikiqat artıracaq:

 

“Şirkətlərə təsiri böyük olacaq. Təklif olunan tariflər sərhəddən keçən ən böyük avtomobil ixracatçılarına, yəni “Ford”, “General Motors” və “Stellantis”ə ciddi zərbə vuracaq. ABŞ-də satılan pikapların 88%-i Meksikada istehsal olunur. Tariflər artarsa, ABŞ-də bu malların qiymətləri də artacaq. Biz bu avtomobillərin orta qiymətinin 3000 dollar artacağını təxmin edirik”. 


Vasif

Избранный
24
sfera.az

1Источники