Ukrayna Silahlı Qüvvələrinin 22 əsgərindən ibarət qrup Kursk vilayətində təslim olub.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin (AFU) 22 hərbi qulluqçusu Kursk vilayətində Rusiya hərbçilərinə təslim olub", - məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücum edib. Hazırda bölgədə döyüşlər gedir.