RU

"Sahibkarlara verilən kreditlərin müddəti artırılmalıdır" - Ekspert


"Bəzən regionlarda fəaliyyət göstərən sahibkarlar girov təminatında müəyyən çətinlik yaşayır və faizlər daha yüksək olur. Digər bir məsələ isə kreditlərin müddəti ilə bağlıdır. Ölkədə ən uzun kredit müddəti maksimum 3 ildir, bu isə çox az zamandır".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Eyyub Kərimli sahibkarların kreditlərə çıxışının çətinliyi haqda danışarkən deyib.

Onun fikirncə, hazırda ölkədə sahibkarlara 5-10 il müddətinə və aşağı faizlərlə kreditlərin verilməsinə ehtiyac var:

"Regionlarda kişik və orta sahibkarlara verilən kreditlərin dövriyyəsi artırılmalı, girov təminatı yüngülləşdirilməlidir. Maliyyə-kredit sisteminin təkmilləşdirilməsi, əhatəsinin genişləndirilməsi və şərtlərin yumşaldılmasına böyük ehtiyac var".

Sevinc,
BakuPost
Избранный
7
bakupost.az

1Источники