RU

Azərbaycanlı professor Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu - FOTOLAR

Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.

Bakıvaxtı.az xəbər verir ki, İlham Rəhimov “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə" bu ada layiq görülüb. Bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi mərasim Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Təqdimat mərasimində İlham Rəhimova fəxri doktorluq diplomu və mantiyası təqdim olunub.

Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı onun üçün xüsusi məna kəsb edir, çünki bütün həyatı və elmi fəaliyyəti məhz bu universitetlə bağlıdır.

Məlumat üçün onu da bildirək ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı beynəlxalq elmi, mədəni, iqtisadi və siyasi əməkdaşlığın inkişafına töhfə vermiş ən görkəmli elm, təhsil və mədəniyyət xadimlərinə, eləcə də, dövlət və ictimai xadimlərə verilir. Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru məşvərətçi səs hüququ ilə universitetin Elmi Şurasının iclaslarında iştirak edə, mühazirələr oxuya, elmi tədqiqatlar apara və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil olunan konfrans, simpozium və elmi tədbirlərdə iştirak edə bilər.

Избранный
3
5
bakivaxti.az

6Источники