Egey dənizindəki Samos adasının sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Yunanıstana keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan plastik qayığın Samos adası sahillərində batması nəticəsində 2-si qadın, 2-si uşaq olmaqla 4 nəfər həyatını itirib.
Yunanıstan sahil mühafizə qrupları həyatını itirən 4 nəfərin cəsədini tapıb.
Komandalar 16 nəfəri xilas edib.
Batan qayıqda nə qədər sərnişinin olduğu bilinmədiyi üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Bu həftənin əvvəlində Samos adasının sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 6-sı uşaq və 2-si qadın olmaqla 8 nəfər həyatını itirmişdi.