RU

“Xalq Bank” buna görə məhkəməyə verildi

“Xalq Bank” ASC ilə bağlı məhkəməyə müraciət olunub.

Hurriyyet.az xəbər verir ki, bankla bağlı iddianı “Zəngəzur” İstehsal-Kommersiya Fisması qaldırıb. Prosesdə iddiaçı kimi İmanova Kəmalə Yamin qızı da iştirak edir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər kredit müqaviləsi üzrə problem yaşayır.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 20 dekabr tarixində baxış iclası keçiriləcək. İş hakim Leyla Əliyevanın icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən “Xalq Bank” ASC-nin sədri Asim Mahmud oğlu Məmmədlidir.Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktoru isə Kamran Nazim oğlu Məcidovdur.

Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az/

 

Избранный
34
1
hurriyyet.az

2Источники