RU

Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb - Nazir müavini

Bakı. Trend:

Bu gün biz tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fonduüç dəfəyədək artıb. Yəni, bundan böyük sosial rifah göstəricisitəsəvvür edə bilmirəm. Orta aylıq əməkhaqqında 82 faiz artımlarəldə olunub. Sosial ödənişlərlə bağlı islahatlarımız ardıcılxarakter daşıyır.

Trendxəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosialmüdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, əmək pensiyaları sahəsində də genişislahatlarımız olub.

"Bu islahatlar həm pensiyaların məbləğlərinin, yəni, minimumpensiya məbləğinin, orta pensiya məbləğinin artırılmasına yönələnislahatlar olub. Eyni zamanda burada inzibatçılığıntəkmilləşdirilməsinə yönələn islahatlar olub. Pensiya sisteminin,sığorta pensiya sisteminin əhatə dairəsinin böyüməsinə yönələnislahatlar olub. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımınorta məbləği 2,7 dəfə artıb və bu proqramın həyata keçirilməsinəbüdcədə artımla vəsait nəzərdə tutulub".

Məqalədə:
Избранный
21
11
az.trend.az

10Источники