RU

Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq - Qərbi Azərbaycan İcması

Bakı. Trend:

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Trend xəbərverir ki, bəyanatda deyilir:

"Qərbi Azərbaycan İcması Polşa PrezidentininAzərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərinnarahatlığını ifadə edir.

Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının ErmənistandakıMissiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbiazərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi,dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununlabağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsızqalmşdır.

“Ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öztorpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşaprezidentinə xatırladırıq ki, Azərbaycan əraziləri işğal altındaolarkən Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidiolmamışıq.

Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasındamünaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlıverdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanınözünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa özproblemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.

Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlaratmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, “binokldiplomatiyası” kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimiavantürüstlərə “yeni xilaskar” gözü ilə baxmaqla Cənubi Qafqazdasülhə nail olmaq mümkünsüzdür".

Избранный
17
12
az.trend.az

10Источники