Azərbaycanın Nazirlər Kabineti Yeni İldə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Belə ki, 28-29 dekabr (şənbə, bazar) iş günü elan edilib. Onların yerinə 30 dekabr (bazar ertəsi) və 3 yanvar 2025-ci il (cümə) istirahət günü olacaq.
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar, 1-2 yanvar isə Yeni İllə əlaqədar istirahət günləri olduğuna görə, dekabrın 30-dan 2025-ci il yanvarın 5-nə qədər bir həftə qeyri-iş günü olacaq.