RU

"OPEC+"un iclasının vaxtı dəyişib

Müəllif: Gülnar Əhmədli, Banco.az

"OPEC+" neft hasilatının məhdudlaşdırılması ilə bağlı bazar günü (dekabrın 1-i) keçiriləcək onlayn iclası dekabrın 5-nə təxirə salıb.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, iclasda qrup dayandırılmış tədarükün canlandırılmasına davam edib-etməmək və gündə 180 min barel artıma başlayıb-başlamamaq məsələsini müzakirə edəcək.

Nümayəndələr bu həftənin əvvəlində bildiriblər ki, razılaşmanı bir neçə ay təxirə salmaq üçün danışıqlar aparılır.

Eyni zamanda qeyd edilib ki, "OPEC+" zəif qlobal neft tələbi səbəbilə hasilat artımını yenidən təxirə salmağı nəzərdən keçirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
5
banco.az

1Источники