RU

Antibiotiklər öldürə bilər - XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, antibiotiklərə qarşı müqavimət ictimai sağlamlıq və qlobal inkişaf üçün ən böyük təhlükələrdən biridir. Təşkilat antibiotiklərə davamlı bakteriyaların qlobal siyahısını dərc edib: təhlillər göstərib ki, patogenlərin 60%-i artıq geniş istifadə olunan dərmanlara reaksiya vermir.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, 2019-cu ildə dünyada 1,27 milyon insan antibiotiklərin faydasız olduğu bakterial infeksiyalar səbəbindən dünyasını dəyişib. Bu, HİV, QİÇS və malyariya ilə müqayisədə xeyli çoxdur.

Vəziyyət daim pisləşir və patogenlərlə mübarizənin mövcud metodunun qeyri-adekvatlığını nümayiş etdirən yeni tədqiqatlar ortaya çıxır. Məsələn, 2023-cü ildə Sidney Universitetinin mütəxəssisləri 86 ölkədən 6648 uşaq antibiotikini sınaqdan keçiriblər. Bu dərmanlar ÜST tərəfindən sətəlcəm, sepsis və meningit kimi ümumi və həyati təhlükəsi olan uşaqlıq infeksiyalarının müalicəsi üçün tövsiyə edilib. Məlum olub ki, onların effektivliyi 50%-dən çox azalıb. Mütəxəssislər qeyd edirlər ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkən uşaqlardır, çünki inkişafda olan bir neçə analoq böyüklər üzərində sınaqdan keçirilir və uşaqlarda həmişə eyni klinik təsir göstərmir.

Üstəlik, antibiotiklərin istifadəsini azaltsaq belə, bakteriyaların dərmanlarla mübarizə aparmasına kömək edən genlərin təkamülü dayanmayacaq. Belə ki, 2017-ci ildə Çin hökuməti heyvan yemində böyümə stimulyatoru kimi kolistinin (ən güclü antibiotiklərdən biri) istifadəsini qadağan edib. Bununla belə, Çində aparılan genişmiqyaslı tədqiqatlar gözləniləndən daha aşağı göstəricilərlə nəticələnib. Alimlər belə qənaətə gəliblər ki, antibiotik istehlakının azaldılması problemin həlli deyil. Təhlükəli bakteriyalarla mübarizədə əsaslı yeni yanaşmalar üzərində işləmək lazımdır.

Bu gün bütün dünyada antibiotiklərə oxşar təsiri olan alternativ dərmanların yaradılması istiqamətində aktiv iş aparılır./bakupost.az/

Избранный
30
6
turkustan.az

7Источники