1 oktyabr 2024-cü il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları təşkil edib. Yeniavaz.comxəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.162,1 milyon ABŞ dolları və ya 18 faiz azalıb. 1 oktyabr 2024-cü il tarixinə Azərbaycanın daxili dövlət borcu isə 17 milyard 192,9 milyon manat təşkil edib. Qeyd olunub ki, 2024-cü ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1.326,5 milyon manat məbləğində artıb.