RU

ATƏŞKƏS POZULDU: İsrail Livanı vurdu, yaralılar var

İsrail ordusu atəşkəs razılaşmasının ikinci günündə Livanın cənubuna zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi təcili məlumat yayıb.

Məlumata görə, İsrail ordusu səhərə yaxın Livanın cənubundakı Ayta əş-Şaab qəsəbəsini artilleriya atəşi ilə vurub: "İsrail ordusunun Livanın cənubundakı Mercaiyun Merkeba qəsəbəsində bir meydanı vurub, nəticədə 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Bununla yanaşı, İsrail ordusuna məxsus tanklar əl-Vəzəni qəsəbəsini də hədəfə alıb".

İsrail Ordusunun sözçüsü Aviçay Adraee faktı təsdiqləyib. O bildirib ki, Livanın cənubunda 10 kəndlə bağlı qadağa pozulduğu üçün gücə əl atılıb: "Livanın cənubundakı Şeba, əl-Habariye, Mercaiyun, Ernun, Yahmer, el-Kantara, Şakra, Beraşit, Yatir və el-Mansuri kəndləri və ətraflarına yaxınlaşmaq qadağandır...".

Tahir Şəlvəli

MİA.AZ

Избранный
21
mia.az

1Источники