RU

Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy

Hələb istiqamətində hücumlarını artıran silahlı qruplar Türkiyənin dəstəklədiyi müxaliflər deyil, “Əl-Qaidə” əsaslı terror təşkilatı olan “Heyət Təhrir əş-Şam”dır. Türkiyə isə 2018-ci ildə bu qrupu rəsmi qəzetində terror təşkilatı elan edib və indiyə kimi də qərar dəyişməyib.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, “Təhrir əş-Şam”ın başqa qüvvələrin nəzarətində olduğu düşünülür:

“Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu/Azad Suriya Ordusu (SMO/ASO) daxilində Türkiyə-Suriya danışıqlarını istəməyən və bu səbəblə uzaqlaşdırılan qruplar da mövcuddur. Bütün bunlar Türkiyənin dəstəyindən kənar baş verən hadisələrdir. “Təhrir əş-Şam”ınABŞ-ın nəzarətində olduğu düşünülür. Əslində, onların İdlib/Suriya həbsxanalarından çeçen döyüşçüləri Ukraynaya köçürdükləri və bunun müqabilində ABŞ-Ukrayna xəttindən silah və sursat aldıqları barədə məlumatlar var”.

Ekspert bildirib ki, yaxın günlərdə bu qüvvələrin irəliləməsinin qarşısı alınacaq:

“Təəssüf ki, burada ABŞ-ın dəstəklədiyi düşünüldüyü “Təhrir əş-Şam”ı digər terror təşkilatı olan YPG/PKK ilə qonşu etmək istəyirlər. Yəni İran dəstəkli milis qruplarının Livana qədər olan yollarını bağlamaq istəyi də bu planın bir hissəsi kimi dəyərləndirilə bilər. Böyük ehtimalla, yaxın günlərdə Rusiya Suriya ordusu ilə birlikdə müdaxilə edərək, “Təhrir əş-Şam”a qarşı əməliyyat keçirəcək”.

Qeyd edək ki, bundan öncə “Təhrir əş-Şam”ın Türkiyənin dəstəklədiyi qrupla birgə Hələbə hücum etdiyini bildirilib.

Избранный
30
12
axar.az

10Источники