RU

Alimlər yeni ağrıkəsici kəşf etdilər – 24 saat davam edən təsiri...

Yaponiyanın Kindai Universitetinin alimləri ağrıların idarə edilməsində əsaslı kəşf ediblər. Hüceyrə yapışma molekulu “CADM1” zülalını hədəf alan yeni antikor olan “3E1” yan təsirləri və uzun müddətli ağrıkəsici təsiri ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, “3E1” antikoru sinir hüceyrələrinin səthində tapılan “CADM1” zülalını hədəf alaraq yalnız həssas sinirlərə təsir göstərir.

Kindai Universiteti Tibb Fakültəsindən Akihiko Ito və Fuka Takeuçinin rəhbərlik etdiyi araşdırma nəticələrini “Life Sciences” elmi jurnalında dərc edib.

Tədqiqat çərçivəsində siçanların dərisinə “3E1” antikoru yeridilmiş və antikorun yalnız dəri altındakı hiss sinirlərində lokallaşdırıldığı müşahidə edilib.

Kimyəvi səbəbli ağrı testlərində “3E1” tətbiq olunan siçanların ağrı ilə əlaqəli davranışlarının nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Bu təsirlər 24 saata qədər davam edib.

Tədqiqat qrupunun fikrincə, “3E1”in ən əhəmiyyətli üstünlüklərindən biri onun motor sinirlərə heç bir mənfi təsir göstərməməsidir.

Избранный
31
2
publika.az

3Источники