İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardığı istintaq çərçivəsində 2-si qadın olmaqla 7 nəfəri saxlayıb.London Metropoliten Polisi Terrorla Mübarizə Müdirliyinin bu səhər Londonun müxtəlif ünvanlarında əməliyyatlar keçirdiyini açıqlayıb.Terror təşkilatı PKK ilə əlaqəsi olduğu ehtimal edilən fəaliyyətlərlə bağlı aparılan istintaqda 23, 27, 31, 56, 59 və 61 yaşlarında 2-si qadın olmaqla 6 nəfər saxlanılıb.Polisin yerli vaxtla saat 20.00-da verdiyi açıqlamada Londonun qərbində daha bir 31 yaşlı kişinin nəzarətə alındığı və saxlanılanların sayının 7-yə yüksəldiyi bildirilib.İstintaq çərçivəsində Londonda 8 ünvanda axtarış başladılıb, axtarış aparılan ünvanlar arasında Londonun şimalındakı Haringey bölgəsindəki Kürd İcma Mərkəzi də var. Polis icma mərkəzində araşdırmanın 2 həftə çəkə biləcəyini açıqlayıb.London polisi axtarışların aparıldığı ünvanların ətrafının piyada və avtomobillərin hərəkəti üçün bağlandığı barədə də məlumat paylaşıb. Axtarış aparılan ərazilərdə polis və patrulların sayının artırılacağı ictimaiyyətə açıqlanıb.Mənbə: AA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта