RU

Tramp Ukraynadakı müharibəni bitirmək üçün onu seçdi - General-leytenant Keyt Kelloq kimdir?

Ukraynadakı savaşı 24 saat ərzində bitirəcəyini vəd edən Donald Tramp bu məsələ ilə məşğul olacaq şəxsi müəyyən edib.

"AzPolitika" xəbər verir ki, o, istefada olan general-leytenant Keyt Kelloqu Ukrayna müharibəsinə son qoymaq üçün xüsusi nümayəndə təyin edəcəyini açıqlayıb.

Xarici KİV-lərin yazdığına görə, Kelloq daha əvvəl Trampa hazırkı cəbhə xəttində müharibənin dondurulmasını və Kiyev və Moskvanın danışıqlar masasına oturmasını təklif edən plan təqdim etmişdi. Planın məqsədi hər iki tərəfi danışıqlara məcbur etməkdir.

Qeyd olunur ki, Kelloq 2017-2021-ci illərdə Trampın Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri vəzifəsində çalışıb. O, həmçinin o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub. Onun yeni vəzifəsində Ukraynadakı münaqişənin həllində mərkəzi rol oynayacağı gözlənilir.

"AzPolitika.info"

Избранный
15
6
azpolitika.info

10Источники