RU

İzmirdə 5 kiloqrama yaxın heroin və 28 min litr etil spirt aşkar edilərək götürülüb

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda keçirilənəməliyyat nəticəsində 4 kiloqram 838 qram heroin aşkar edilərəkgötürülüb, 1 nəfər şübhəli şəxs saxlanılıb.

Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, bundan əlavə, İzmirin Menemenrayonunda yerləşən anbar və istehsalat məntəqəsinə keçirilənəməliyyat zamanı 28 min litr etil spirt aşkarlanıb, 5 şübhəli şəxsbarəsində hüquqi tədbirlər görülüb.

Məlumata görə, İzmir Respublika Baş Prokurorluğununkoordinasiyası ilə Vilayət Polis Müdirliyinin Narkotik CinayətlərləMübarizə Şöbəsi qrupları narkotik ticarəti ilə məşğul olanşübhəlilərə qarşı əməliyyat keçirib.

Əvvəlcədən müəyyən edilmiş ünvana edilən basqın zamanı aparılanaxtarışlarda 4 kiloqram 838 qram heroin, 11 qram kokain və 2 ədədhəssas tərəzi aşkar edilərək götürülüb.

“Bundan əlavə, Baş Prokurorluğun qanunsuz və saxta içki ticarətiilə məşğul olan şübhəlilərə qarşı apardığı istintaq çərçivəsindəVilayət Polis Müdirliyinin Qaçaqmalçılıq Cinayətləri ilə MübarizəŞöbəsi qrupları anbar və istehsalat məntəqəsinə eyni vaxtda basqınedib”, - məlumatda bildirilir.

Qeyd olunub ki, basqın zamanı aparılan axtarışlarda 28 min litretil spirt, 2 600 plastik bidon, 1 070 saxta etiket, 35 plastikçən, 3 etil spirt distillə qazanı, 2 soyutma cihazı, 1 etil spirtdoldurma aparatı və 1 falqa bağlama aparatı aşkarlanaraqgötürülüb.

Saxlanılan şübhəlilər barəsində hüquqi tədbirlər görülüb.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники