RU

Bu sektorda işləyənlərin maaşları artacaq

Ölkədə minimum əməkhaqqının artırılması məsələsi yenidən diqqət mərkəzindədir. 

Hər il bu göstəricinin artırılmasında məqsəd sosial rifahın yaxşılaşdırılmasıdır. Dövlət sektorunda çalışan şəxslər üçün bu, birbaşa maaşların artması deməkdir.

Minimum əməkhaqqının artırılması özəl sektorda çalışanların maaşlarına necə təsir edir ?

Milli.Az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, artım dövlətlə yanaşı özəl sektoru da əhatə edir.

Ekspert bildirib ki, dövlət sektorunda əməkhaqqının qalxması orta və uzunmüddətli dövrdə özəl sektorda da maaşların artmasına gətirib çıxaracaq.

“Əməkhaqqı ilə bağlı qəbul edilmiş qərarlar qiymətlərə də təsir göstərəcək. Buna görə də, məhsuldarlığa əsaslanan siyasət həyata keçirməyə çalışan işə götürən məntiqlə əməkhaqqlarını artırmalıdır”.

Millət Vəkili Tahir Mirkişli isə bildirir ki, növbəti ildən etibarən minimum əməkhaqqının artırılması ölkədəki bütün əməkhaqqı sisteminə birbaşa və dolayı yolla təsir edəcək. Deyir ki, özəl sektorda çalışanların minimum əməkhaqqı əsasən 2 istiqamətdə müəyyən olunur.

Millət vəkili qeyd edir ki, qanunvericiliyə görə, minimum əməkhaqqından aşağı məvaciblərin verilməsi qadağandır və bu qaydanı pozan işəgötürənlər qanunla məsuliyyət daşıyırlar. Dövlət sektorunda əməkhaqqının artırılması rəqabət olaraq özəl sektorda da əməkhaqqının artmasına gətirib çıxaracaq.

Избранный
16
12
editor.az

10Источники