RU

Saakaşvilinin "fətva"sı verildi: Əfv olunsa da, həbsdə qalacaq

Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini həbsdən azad edə bilməz.

Publika.az xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq: "Müvafiq olaraq, Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”.

Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ilin sonunda başa çatır. Gürcüstan hakimiyyəti artıq bu il prezident seçəcəklərini açıqlayıb.

Избранный
14
2
publika.az

3Источники