RU

Bakıda bu ünvanlarda iki yeni park salınacaq – Söküntü başladı

“Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Baki şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb”.

KONKRET.az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat daxil olub.

Bildirilib ki, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıbdır ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır:

“Hazırda paytaxt ərazisində “Mərkəzi Nəbatat parkı”nda, Xəzər rayonu Mərdəkan qəsəbəsində Dendroloji parkda əsaslı təmir-yenidənqurma işləri aparılır. İşlərin qısa bir zamanda başa çatması nəzərdə tutulub.

Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda “Çəmbərəkənd” parkı, Xətai rayonunda “Gənclik”, “Sevirəm” parkları salınıb. Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.

Xətai rayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər görülüb. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb. Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilib.

Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülüb. Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni park salınır. Burada da mövcud yaşayış və qeyri yaşayış tikililəri sökülüb, abadlıq-quruculuq işləri görülür.

28 May, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin əhatəsində yeni park salınır. Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işləri sona çatıb və ərazi sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağı da əsaslı təmir olunub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, yeni park salınıb.

Избранный
205
23
konkret.az

10Источники