Bakı. Trend:
Yasamal rayonun bəzi küçələrinin qaz təchizatındamüvəqqəti fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumatyayıb.
Bildirilib ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəyeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsiməqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatıdayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə ƏləsgərƏləkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadəküçələrinin qaz təchizatında fasilə yaranacaq.