˝TEAS Press˝ Nəşriyyat evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi” – 2-nin ilkin seçim mərhələsinin nəticələri açıqlanıb.
Kulis.az xəbər verir ki, gənc yazıçılar tərəfindən təqdim olunan əsərlər dörd ay ərzində peşəkar münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və əvvəlcədən elan edilmiş meyarlara uyğun gələn 10 əsər müəyyən olunub.
Həmin əsərlər bunlardır (sıralama şərtidir):
1. Abbasov Mahir (Şərin qürübü)
2. Həsənli Orxan (Hürr)
3. Həsənov Səmral (Berlindəki xarıbülbül)
4. İsmayılov Pərvin (İlğım)
5. Qədirzadə Fatimə (Qarabağ çiçəyi)
6. Qəhrəmanov Hüseyn (Görünməyən rəng)
7. Məhərrəmli Fərid (Əmanət)
8. Məmmədov Samir (Zona)
9. Mustafayeva Gülü (Yolçu ruhlar)
10. Zahidov Vasif (Sonuncu istintaq)
Müsabiqənin qalibləri (ilk üçlük) dekabr ayı ərzində ictimaiyyətə açıqlanacaq.
Qaliblər müsabiqənin şərtlərinə uyğun qaydada mükafatlandırılacaqlar:
– I yerin sahibi – 3000 (üç min) AZN pul mükafatı, əsərin ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən çapı və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı.
– II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı.
– III yerin sahibi – 1500 (min beş yüz) AZN pul mükafatı.
Qeyd edək ki, ˝TEAS Press˝ Nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından və ədəbi rəqabət mühitinin inkişafına təkan verərək, yeni imzaların üzə çıxmasına şərait yaratmaqdan ibarətdir.