RU

“Arsenal” ona stadiona gəlməyi qadağan etdi

“Arsenal” yarımmüdafiəçisi Tomas Partey haqqında irqçi fikirlər səsləndirdiyinə görə azarkeşinə 3 il müddətinə futbol matçlarına gəlməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Çarls Oqunmilade adlı şəxs keçən ilin aprelində “Sauthempton”la oyunda (3:3) qol şansını qaçırdıqdan sonra sosial mediada Parteyi irqçi şəkildə təhqir edib. Fanatın sözlərinə görə, şərh dostlar arasında istehzalı sitat kimi nəzərdə tutulub.

Hökm verilərkən təqsirləndirilən şəxsin günahını erkən etiraf etməsi, yaxşı xasiyyəti və əvvəlki irqçilik təcrübələri nəzərə alınıb. Matç qadağası həm də İngiltərə klubunun ölkə xaricindəki oyunlarına da şamil edilir. Komanda başqa ölkəyə gedərkən Çals hər dəfə şəxsiyyət vəsiqəsini polisə təhvil verməlidir.

Избранный
13
publika.az

1Источники