RU

Nazir müavini: “Geosiyasi dəyişikliklər Bolqarıstan və Azərbaycan arasında enerji tərəfdaşlığını gücləndirir”

Bolqarıstan və Azərbaycan birgə enerji layihələrinin həyata keçirilməsi ilə ticarət qurumları və müvafiq nazirliklər arasında əlaqələri daha da gücləndirməyi planlaşdırır.

Bunu “Far.Az”a müsahibəsində Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov deyib.

“Bu səylər, hazırkı şəraitdə bizdən yeni imkanları kəşf etməyi tələb etsə də, müsbət nəticələr verəcək”, - deyə nazir müavini qeyd edib.

N. Pavlovun sözlərinə görə, regiondakı geosiyasi dəyişikliklər Bolqarıstanı enerji sektorunu daha təhlükəsiz vəziyyətə gətirmək və şaxələndirmə yolları axtarmağa vadar edir:

“Bu baxımdan Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Enerji sahəsində Azərbaycanla intensiv əməkdaşlığımız var. Məsələn, biz yaşıl enerji kabeli layihəsində iştirak edirik. Bolqarıstan uzun müddətdir bu prosesi izləyir və dəstəkləyir. Qısa müddət əvvəl isə bu mühüm layihədə iştirak etmək barədə qərar qəbul etmişik.

Bütün çətinliklər enerji sahəsində əlaqələrimizi daha möhkəm təməllər üzərində qurmağa imkan verdi. Bu günə qədər hər iki tərəfin maraqlarına uyğun şəkildə uğurlu əməkdaşlıq yaratmışıq. Bu əməkdaşlıq enerji sektorunu şaxələndirilmiş enerji qarışığı və daha çox ‘yaşıl enerji’ ilə gücləndirərək iqtisadiyyatımızı daha davamlı edir. Bu, çox müsbət bir inkişafdır”.

Nazir müavini enerji sektorunda intensiv əlaqələrin olduğunu vurğulayaraq əlavə edib ki, ötən ildən etibarən Bolqarıstanın Sofiya şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ofisi fəaliyyət göstərir: “Azərbaycandan ciddi həcmdə qaz idxal edirik və iki ölkə arasında müxtəlif enerji layihələri üzərində iş aparırıq”.

Nikolay Pavlov ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Избранный
21
far.az

1Источники