RU

“Qarabağ” - “Olimpik” matçına 22 min bilet satılıb

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpik” (Lion, Fransa) oyununa bilet satışı davam edir.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyuna 22 000 bilet satılıb.

Xatırladaq ki, “Qarabağ” – “Olimpik” (Lion) matçının biletləri noyabrın 19-dan etibarən satışda idi. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edirdi.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manat idi.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Olimpik” (Lion) matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin ilk 4 turunda 1 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb. Səfərdə İngiltərə təmsilçisi “Tottenhem”ə (0:3), evdə İsveç klubu “Malmö”yə (1:2) və Niderland nəhəngi “Ayaks”a (0:3) uduzan Ağdam klubu yalnız son turda “Bodo Qlimt”i (Norveç) səfərdə 2:1 hesabıyla üstələyib. Qurban Qurbanovun kollektivi 3 xalla yarış cədvəlinin 29-cu pilləsində qərarlaşıb.

Lion “Olimpik”i isə “Olimpiakos”a (Yunanıstan) 2:0, “Reyncers”ə (Şotlandiya) 4:1 hesabıyla qalib gəlib. “Qarabağ”ın rəqibi Türkiyənin “Beşiktaş” komandasına (0:1) uduzub, Almaniya təmsilçisi “Hoffenhaym”la (2:2) da “sülh bağlayıb”. Fransa təmsilçisi 7 xalla 9-cudur.

Избранный
4
3
arena.az

10Источники