RU

Ukrayna: Ölkə daxilində enerji obyektlərinə intensiv hücumlar var

Ukrayna: Ölkə daxilində enerji obyektlərinə intensiv hücumlar var

Ukraynanın energetika naziri German Qaluşenko Rusiya ordusunun ölkə daxilində enerji infrastrukturuna intensiv hücumlar təşkil etdiyini qeyd edərək, elektrik enerjisində fasilələr yarandığını bildirib.Nazir Qaluşenko sosial media hesabındakı paylaşımında enerji infrastrukturuna hücumlar səbəbindən Ukraynanın hər yerində elektrik enerjisinin kəsildiyini açıqlayıb.Ukraynanın elektrik ötürücü sistem operatoru “Ukrenergo”nun ölkədə fövqəladə elektrik kəsilməsi tətbiq etmək qərarına gəldiyini bildirən Qaluşenko, hücumların və elektrik enerjisinin kəsilməsinin təfərrüatlarının təhlükəsizlik vəziyyəti imkan verdikdə dəqiqləşdiriləcəyini qeyd edib.Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin Telegram hesabından verilən açıqlamada Rusiya ordusunun Kiyev başda olmaqla ölkənin bir çox bölgəsinə raket zərbələri endirdiyi bildirilib. Açıqlamada ölkəyə qarşı intensiv raket hücumunun davam etdiyi qeyd edilib və vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

Избранный
10
2
afn.az

3Источники