RU

Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir


Suriyada müxalifət "Heyyət Tahrir əş Şam" və xaricdən dəstəklənən silahlı qruplaşmalar Xan əl-Asəli qəsəbəsini ələ keçirərək Hələb şəhərinə daxil olublar.

Müxalif qüvvələr Hələb-Dəməşq M5 yolunu da kəsərək, Əz-Zərbah rayonunu ələ keçiriblər.

Bu magistral Dəməşq, Homs, Həma və Hələb də daxil olmaqla böyük şəhərləri birləşdirir.

Silahlı qruplaşmalar 32-dən çox kənd və məntəqəni ələ keçirib. Nəticədə 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.

Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.

Mənbə: teref.az

Избранный
36
50
teref.az

10Источники