RU

BİZİM TƏQVİM: 29 noyabrda baş vermiş tarixi hadisələr

29 noyabr 1864-cü ildə ABŞ tarixindəki ən böyük hindu qətliamı “Sand Creek” baş verdi. ABŞ ordusu qırmızıdərililərin yaşadığı müdafiəsiz bir kəndə hücum etdi, aralarında qadın və uşaqların da olduğu 500 qızıldərili qətlə yetirildi.

Bəs, noyabrın 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 1899-cu ilin bu günündə “Barselona” futbol klubu yaradıldı.

2. 29 noyabr 1922-ci ildə Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edildi.

3. 29 noyabr 1937-ci ildə Hatayın müstəqilliyi üçün ilk addım atıldı, muxtar hakimiyyət vəzifəsinin icrasına başladı.

4. 29 noyabr 1947-ci BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul etdi. BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi. BMT-nin qərarına görə, Qüds və Beytləhm beynəlxalq nəzarət altında ərazi olmalı idi.

5. 29 noyabr 1963-cü ildə ABŞ prezidenti Lindon Conson Kenedi sui-qəsdini araşdırmaq üçün “Warren Komissiyası” adlanan heyəti vəzifələndirdi.

6. 29 noyabr 1981-ci ildə 3  dəfə“Oskar” mükafatı üçün namizəd göstərilən Natalia Vud sirrli şəkildə dəniz qəzasında həyatını itirdi. Uzun illər davam edən istintaq nəticəsində polis Vudun ölməsində həyat yoldaşı Robert Vaqnerin “şübhəli şəxs” olduğunu açıqladı.

7. 29 noyabr 2012-ci ildə Fələstin dövləti BMT-nin Baş Məclisində “Müşahidəçi üzv” olaraq qəbul edildi.

8. 29 noyabr 2016-cı ildə Braziliya futbol komandası “Chapecoense”ni Kolumbiyadakı Cənubi Amerika kuboku finalına aparan təyyarə düşdü. Təyyarədəki 81 nəfərdən 76-sı həyatını itirdi. Qəzadan sadəcə 3 futbolçu salamat xilas oldu.

Noyabrın 29-da bu şəxsiyyətlər xatırlanır:

1. 29 noyabr 1920-ci ildə Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Güllü Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

2. 29 noyabr 1928-ci ildə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Salahov doğulub. SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi (1973-1992) olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Səhər eşelonu”, “Abşeron qadınları" və s. 

3. 29 noyabr 1947-ci ildə tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi", "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.

4. 29 noyabr 1965-ci ildə aktrisa Almaz Amanova doğulub. Sumqayıt Musiqili Dram Teatrında işləyib. 1999-cu ildən Akademik Milli Dram Teatrında çalışır. Filmlərdə (“Mənim ağ şəhərim”, “Əlavə təsir” və s.) çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
28
34
bizim.media

10Источники