RU

Putin Merkeldən ÜZR İSTƏDİ: “Angela, lütfən, məni bağışla"

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeldən 2007-ci ildə Labrador hadisəsinə görə üzr istəyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Merkel bizi ziyarət etməyə gəldi. Mən artıq ona dedim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim”, - Putin jurnalistlərə deyib.

Dövlət başçısının sözlərinə görə, o, rahat, xoş atmosfer yaratmaq istəyib. Putin Avropada, Almaniyada ev heyvanlarına çox müsbət baxıldığından belə addım atıb.

Rusiya lideri qeyd edib ki, bu epizoda görə artıq Merkeldən üzr istəyib. O, keçmiş kanslere onun qorxusundan xəbəri olmadığını etiraf edib.

Избранный
16
2
publika.az

3Источники