Macarıstanın baş naziri Viktor Orban Moskvada Qələbənin 80-ci ildönümü tədbirinə qatılmayacaq.
Reyting.az xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin administrasiyasının rəhbəri Qergeli Qulyas birifinqdə danışıb.
O, V. Orbanın gələn il mayın 9-da Moskvada İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirakını istisna edib. Onun sözlərinə görə, bu qərar İkinci Dünya Müharibəsinin başa çatmasının Macarıstan üçün tarixi əhəmiyyəti ilə izah olunur.