RU

Tbilisidə polis etirazçıları su şırnaqları ilə dağıdıb

Tbilisidə Gürcüstan hökumətinin Aİ-yə üzvlüyünü təxirə salmaq qərarına etiraz aksiyası keçirilib. Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib. Vətəninfo.az xəbər verir ki , bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Aksiya Gürcüstan parlamentinin yaxınlığında baş verib. Bundan əvvəl polis etirazçıları dağılmağa çağırıb. Etirazçıların polisə müxtəlif əşyalar ataraq onlara xəsarət yetirməsi ilə vəziyyət gərginləşib.

Bundan əvvəl bir neçə etirazçı saxlanılıb.

Gürcüstan KİV-lərinin məlumatına görə, aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edib, hakimiyyəti “konstitusiya çevrilişində” ittiham edib, Aİ diplomatik missiyalarını ölkədə yeni parlament seçkilərinin təyin edilməsində ona və müxalifətə kömək etməyə çağırıb.

Noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Tbilisi 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı Brüssellə danışıqlara başlamayacaq və bu müddət ərzində Aİ-nin istənilən büdcə qrantlarından imtina edəcək.

Избранный
30
20
veteninfo.az

10Источники