RU

Pəncərədən yıxılan şəxs xəstəxanada ölüb

Sumqayıt şəhərində beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb. SİA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Kənan İlqar oğlu Hüseynli beş gün əvvəl ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən aşağı düşüb.

K.Hüseynli Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
65
4
sia.az

5Источники