RU

“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalanabiləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.

Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMCplatforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud”xidmətləri təqdim edir. Platformada tam idarəolunabiləninfrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmişkibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadəetdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platformaistifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyatsistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlarda təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinəuyğun paketlər təklif olunur.

Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud”ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədənkiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslərüçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcəwww.azincloud.azplatformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqəərzində öz “bulud” infrastruktur mühitini formalaşdırabilərlər.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitindərəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin vəfərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. Ətraflı məlumatıplatformanın veb-səhifəsindən əldə edəbilərsiniz.

Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəzüzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları iləçalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təminolunub.

Избранный
7
13
az.trend.az

10Источники