RU

“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir.

latformada tam idarəolunabilən infrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur.

Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə www.azincloud.az platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. Ətraflı məlumatı platformanın veb-səhifəsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.

Избранный
7
13
bakivaxti.az

10Источники