RU

Aİ-dən İrana çağırış: “Qadınlara qarşı ayrı-seçkiliyə son qoyun”

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının geniş şəkildə pozulmasını kəskin şəkildə pisləyən qətnamə qəbul edərək, İslam Respublikasından məcburi hicab qanunu da daxil olmaqla, qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə son qoymasını istəyib.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, qətnamə lehinə 562, əleyhinə 2 və 30 bitərəf səslə qəbul edilib.

Məlumata görə, Aİ nümayəndələri İranda çılpaq etiraz edən universitet tələbəsinin əsassız həbsini pisləyib və dəlixanaya yerləşdirilməsini işgəncə kimi qiymətləndiriblər.

Bildirilib ki, qətnamədə Aİ insan haqları üzrə hesabatların hazırlanması üçün İrandan BMT-nin faktaraşdırıcı missiyasına ölkəyə məhdudiyyətsiz giriş icazəsi verilməsini istəyib.

Eyni zamanda, Aİ üzvləri SEPAH-ın terror təşkilatı kimi tanınmasının vacibliyini vurğulayıblar.

Məlik,
KONRET.az

Избранный
24
2
konkret.az

3Источники