RU

ABŞ-nin Ukrayna üzrə nümayəndəsini çətin tapşırıq gözləyir- ÖZƏL

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edilən Kit Kellog son dərəcə çətin vəzifə ilə üzləşəcək. Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşri məlumat yayıb.

Jurnalistlərin fikrincə, Kellogun əsas problemi bütün münaqişə tərəflərini qismən də olsa razı salacaq bir razılaşma əldə etmək olacaq. Lakin bu, praktik olaraq mümkünsüz görünür. Donald Trampın seçki kampaniyası dövründə səsləndirdiyi iddialı bəyanatlar da vəziyyəti daha da çətinləşdirir.

Tramp dəfələrlə Ukrayna münaqişəsini çox qısa müddətdə həll edə biləcəyini bildirmiş və sazişə nail olmaq üçün ona cəmi 24 saat lazım olduğunu vurğulamışdı. O, bu prosesin hətta inaqurasiyadan əvvəl baş tuta biləcəyini söyləmişdi.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərb ölkələrinin Rusiya ilə proksi müharibəyə cəlb olunduğunu etiraf etmişdi və onların dolayısı ilə münaqişədə iştirak etdiyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники