RU

HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir

HƏMAS liderləri İsrailə mümkün güzəştləri, o cümlədən Filadelfiya dəhlizində İsrailin nəzarətini saxlamağı müzakirə edir.

Olaylar xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

"HƏMAS hesab edir ki, İsrail ondan tam təslim olmağı tələb edir, hərəkat hələ də buna razı deyil. Lakin bəzi hərəkat liderləri İsrailin müharibəni dayandırmaqda və Qəzzadan qoşunları çıxarmaqda maraqlı olduğu təqdirdə edə biləcəkləri mümkün güzəştləri müzakirə edirlər. HƏMAS rəhbərliyində müzakirə edilən təkliflərdən biri İsrailə Misir və Qəzza arasındakı sərhəd bölgəsində heç olmasa müvəqqəti olaraq mövcudluğunu saxlamağa imkan verəcək. HƏMAS rəsmiləri Filadelfiya dəhlizi kimi tanınan əraziyə İsrailin uzunmüddətli nəzarətini açıq şəkildə rədd edir", - məlumatda deyilir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
1
olaylar.az

2Источники