Ötən gün Bakıda Azadlıq metrostansiyası-Mehdiabad qəsəbəsi marşrutu ilə hərəkət edən 108B nömrəli avtobusda təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsində ciddi texniki nasazlıq yaşanıb.
Belə ki, avtobusun təkəri differensialdan qopub və nəqliyyat vasitəsi hərəkət edə bilməyib.
Yaranan vəziyyətdən qorxan sərnişinlər avtobusdan düşürülüb.