Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Bayden, Trump-ın ABŞ-ın iki yaxın müttəfiqinə təsir edəcək tarif elanını "yenidən düşünəcəyinə" ümid etdiyini söyləyib.
Prezident Co Bayden yeni seçilmiş prezident Donald Trampın Kanada və Meksikadan idxala rüsum tətbiq etmək planlarını "əks-məhsuldar" olaraq tənqid edib.
"Ümid edirəm ki, o, bunu yenidən nəzərdən keçirəcək və düşünürəm ki, bu, əks məhsuldar bir şeydir" .
Qeyd edək ki, Tramp "Truth Social" sosial şəbəkəsində rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu bildirib. O həmçinin Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcək. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.
"Bu Tarif narkotiklər, xüsusən Fentanyl və bütün qeyri-qanuni əcnəbilərin ölkəmizə qarşı işğalını dayandırana qədər qüvvədə qalacaq!" Tramp yazısında bildirib.