RU

Rüstəm Xəlilov sakinlərlə görüşdü

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

28 noyabr tarixində keçirilən növbəti vətəndaş qəbulunda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, RİH başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak ediblər.

Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda rayon rəhbəri tərəfindən hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, RİH səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülüb, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

Избранный
19
1
xalq.az

5Источники