RU

Roma Papasının qərarı Fransanı şoka saldı

Roma Papası Fransisk Fransanın paytaxtı Parisin əhəmiyyətli simvollarından biri olan Notr-Dam kilsəsinin yenidən açılışında iştirak etməkdən imtina edib.

“Cebheinfo.az” xəbər verir ki, Papa Fransisk Fransa Prezidenti Emmanuel Makronun açılış mərasimi üçün dəvətini rədd edib.

Qeyd edək ki, Parisin dünyaca məşhur abidəsi olan Notr-Dam Katedrali, 15 aprel 2019-cu ildə baş verən böyük yanğından sonra 7 dekabrda 2 min qonağın iştirak etdiyi möhtəşəm mərasimlə qapılarını yenidən açmağa hazırlaşır.

Dünyanın hər yerindən təxminən 1 milyard avroluq yardımla kafedralın orijinalına sadiq qalaraq bərpası 5 il ərzində tamamlanıb.

Избранный
26
cebheinfo.az

1Источники