RU

Rəşad Mahmudovdan əlilliyin verilməsi ilə bağlı AÇIQLAMA

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.

Musavat.com-un məlumatına görə, iclasda  deputat Rəşad Mahmudov çıxış edərək əlilliyin verilməsi ilə bağlı vaxtaşırı cəmiyyətdə gedən müzakirələrə toxunub.

Bildirib ki, onun fikrincə, ümumilikdə 99 faiz əlilliyin verilməsi doğru şəkildə həyata keçirilir:

“Sadəcə cəmiyyətdə xəstəliklə əlilliyi qarışdırmaq problemi var. Amma vətəndaşlara izah etdiyimiz zaman onlar arqumentlərimizi qəbul edirlər. Bununla belə, deyirlər ki, şəkərin, ürək-damar xəstəliklərinin əlilliyə düşmədiyini bilirik. Amma bəs dərmanlarımızı necə alaq?”

Rəşad Mahmudov qeyd edib ki, təqdim olunan qanun layihəsi bu mənada vətəndaşlara əlavə imkanlar yaradacaq.

Deputat bildirib ki, vaxtilə ölkənin regionlarında kəskin infarkt zamanı vətəndaşlarımız ciddi çətinliklərə üz-üzə qalırdılar:

“Amma bu gün bölgələrimizdə belə, açıq ürək əməliyyatları yüksək səviyyədə həyata keçirilir. Həmçinin 300-dən artıq insana orqan transplantasiyası həyata keçirilib”.

Rəşid Mahmudov qeyd edib ki, əvvəllər qaraciyər köçürməsi dövlət üçün çox çətin idi:

“Əlilliyin verilməsi ilə bağlı ölkədə aparılan siyasət doğrudur. Amma köhnə zehniyyəti dəyişmək çətindir”.

Bildirib ki, Azərbaycan dövləti vətəndaşın sağlamlığı üçün hər şeyi edir və edəcək.

E.Paşasoy,
Musavat.com

Избранный
8
musavat.com

1Источники