RU

Qiyam?! Gürcüstanda XİN əməkdaşları hökumətə qarşı çıxdılar: "Konstitusiya pozulub"

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyinin 100 nəfərdən artıq əməkdaşı hakimiyyətin Avropa İttifaqına inteqrasiya ilə bağlı danışıqlarının dayandırılmasını pisləyiblər.

Diplomatlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ üzvü olması prosesini 2028-ci ilə qədər dondurmaq qərarına qarşı birgə bəyanatla çıxış ediblər. Sənəddə bu qərarın ölkənin strateji maraqlarına və Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə zidd olduğu bildirilir.

Diplomatlar Avropa kursuna sadiq qaldıqlarını bildiriblər və Aİ-nin indiki genişlənmə dalğasının inteqrasiya üçün unikal imkan yaratdığını, belə bir fürsətin bir daha təkrar ola bilməyəcəyini bəyan ediblər. Onların sözlərinə görə, danışıqların dayandırılması ölkənin təcrid edilməsinə, qlobal çağırışlar fonunda təhlükəsizliyinin zəifləməsinə aparacaqdır.

Hökumətin qərarının əleyhinə çıxan nazirlik əməkdaşları Gürcüstan diplomatiyasının uzun illər ərzində Avropa və Avroatlantika təşkilatlarına daxil olmağa çalışdığını, bunun xalqın iradəsinə və tarixi seçiminə uyğun olduğunu xatırladıblar.

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-dəki çıxışında hakim "Gürcü arzusu" partiyasının Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara aldığını və hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini bəyan edib.

Hürr Tərcüman

Избранный
170
6
hurriyyet.az

6Источники