RU

AES-lərdə nüvə təhlükəsizliyi böyük risk altına düşüb - Xəbərdarlıq

AES-lərdə

Ukraynada fəaliyyət göstərən üç atom elektrik stansiyası (AES) ölkənin enerji infrastrukturuna yeni hücumlardan sonra bu səhər elektrik enerjisi istehsalını azaldıb.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

Bildirilir ki, üç yerdə hava hücumu həyəcanı siqnalı verilib və iki həftədən az müddətdə ikinci dəfədir ki, Xmelnitski, Rivne və Cənubi Ukrayna AES-ləri ölkədə genişmiqyaslı hərbi əməliyyatlar zamanı ehtiyat tədbiri olaraq elektrik enerjisinin səviyyəsini azaldıb.

Fəaliyyət göstərən AES-lərdə cəmi doqquz reaktor var ki, onların hamısının gücü azalıb. Həmçinin, Rivne AES-nın bir reaktoru şəbəkədən ayrılıb. Eyni zamanda, Xmelnitski AES-nın iki elektrik xətti ilə əlaqəni itirməsinə baxmayaraq, AES-lər xarici elektrik enerjisini almağa davam edib.

"Ukraynanın enerji infrastrukturu son dərəcə kövrək və həssasdır, nüvə təhlükəsizliyini böyük risk altına qoyur. Mən bir daha böyük nüvə enerjisi obyektləri və onların asılı olduqları digər obyektlərin olduğu ərazilərdə maksimum hərbi təmkin göstərməyə çağırıram", - Qrossi bildirib.

Stansiyaya birbaşa ziyan dəyməsi barədə məlumat verilməsə də, Ukrayna MAQATE-yə bildirib ki, zərbələr yenidən zavodların həm elektrik enerjisini ötürmək, həm də qəbul üçün istifadə etdiyi elektrik yarımstansiyalarına təsir göstərib.

Onu da xatırladaq ki, MAQATE tərəfindən nüvə təhlükəsizliyi üçün kritik olaraq təyin edilən bu yarımstansiyalar əvvəlki hücumlarda, xüsusilə də avqust ayında zədələnmişdi.

V. QULİYEV

Избранный
15
reyting.az

1Источники