RU

Ət istehsalında kəskin azalma: qiymət yenə qalxacaq? - Açıqlama


“Toyuq ətinin qiyməti ilin son aylarında xeyli artıb. Qiymət artımının əsas səbəblərindən biri, son vaxtlar iri quşçuluq fermalarının ləğv edilməsidir. Bu amil toyuq əti istehsalının ümumi göstəricilərinə öz təsirini göstərib”.

Bu fikirləri Bakupost.az-a toyuq ətinin bahalaşmasına münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.


O qeyd edib ki, toyuq ətinin qiymətinin qalxması həm də kiçik təsərrüfatlar və istehsalçıların tələb və xərc problemi ilə üzləşməsi ilə bağlıdır. Qiymət artımının digər bir səbəbi istehsalın azalmasıdır:

“Azərbaycan yetərincə ət istehsal edə bilmir. Ölkəmiz il ərzində adambaşına 35-36 kiloqram ət istehsal edir və bu göstərici beynəlxalq normadan 2 dəfədən çox aşağıdır. Belə olduqda defisit yaranır və xarici ölkələrdən ət idxal etməyə başlanılır. İl ərzində ət istehsalı ilə bağlı statistikaya baxsaq, istehsalda cüzi artım qeyd olunub. Yəni daxili istehsal azalıb. Apardığım şəxsi hesablamaya görə, ət istehsalı 7.6 faiz azalıb. İstehsalın azalması isə ölkədəki ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Alıcılıq qabiliyyəti aşağı olduğu halda ətin qiyməti artır, çünki təklif yetərincə deyil. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə toyuq ətinin istehsalında azalma müşahidə olunur. Onsuz da ət istehsalımız azdır, digər tərəfdən də ucuz ət istehsalımız azalır. Reallıq budur ki, biz yetərincə ət istehsal edə bilmirik”.
Mütəxəsssis qeyd edib ki, vəziyyət belə davam edərsə, Azərbaycan xaricdən quş əti idxalından asılı vəziyyətə düşə bilər.
Sevinc,
BakuPost
Избранный
40
50
bakupost.az

10Источники