RU

Təkərləri nə vaxt dəyişmək lazımdır?

Təkərin yaxşı vəziyyətdə qalması bir çox parametrin cəmindən asılıdır. Bura istehsal keyfiyyəti, sürüş tərzi, yolların vəziyyəti və digər göstəricilər daxildir. 

Avtosfer.az xəbər verir ki, ilk baxışdan saz görünsə də, təkərlərin də müəyyən istismar dövrü var. Ekspertlər bildirirlər ki, 30 min kilometr qət etdikdən sonra təkərin fiziki-kimyəvi xassələri dəyişməyə başlayır. Bu da şəhər rejimində təxminən 3 il istismar deməkdir. Amma səliqəli istismar olunmuş avtomobildə bu qədər müddətdə şinlərdə ciddi bir qüsur aşkarlanmır.
Lakin, bu məsafədən sonra asfaltla təmas pisləşir, tormoz yolu artır, aşınma izləri aşkar görünür. Artıq təkəri istismar edib-etməmək sürücünün istəyindən asılıdır.  

Ən əsası, şinlərinin sazlığı ilə yanaşı mövsümə uyğun istismarı da təhlükəsizlik baxımından çox vacibdir.

Vüqar

Избранный
34
1
avtosfer.az

2Источники