RU

Pozitiv Psixologiya Mərkəzi bunu da etdi...

Yeniliklərlə dolu Pozitiv Psixologiya Mərkəzi öz inkişafı istiqamətində daha bir addım atıb. Belə ki, mərkəz qardaş Türkiyə ilə onlayn psixoloji təlimlərə başlayıb.

Doç. Dr. Klinik Psixoloq Gizem Akcan ilə aparılan “Qayğı Pozuntularına Koqnitiv Terapiya Texnikaları ilə Müdaxilə” seminarı böyük marağa səbəb olub.

Pulsuz keçirilən seminarda mütəxəssislərlə yanaşı, valideynlər də iştirak edib. Valideynlər seminarlarda iştiraklarını olduqca yüksək qiymətləndiriblər.  Çünki məhz bu təlimlərdən sonra ailə böyükləri öz övladlarına necə yanaşmaq lazım olduğunu öyrəniblər. Digər təlim isə masajlarla bağlıdır. Türkiyəli mütəxəssislər tərəfindən öyrədilən ən unikal və effektiv masaj üsulları problemli övladı olan analar üçün əsl tapıntıdır. Yay aylarında təlimçilərin Bakıya dəvəti planlaşdırılır.

Pozitiv Psixologiya Mərkəzi öyrənməyə və öyrətməyə davam edir. Mərkəzdə insanların faydalanmağı üçün ödənişsiz seminarlar da təşkil olunur. İstər tələbələr, istər valideynlər, istərsə də bütün ixtisaslı kadrlar bu təlimlərdən yararlana bilərlər. Məhz bu təlimlər nəticəsində öyrənilənlər hər kəsin sağlamlığında hansısa bir problemin aradan qalxmasına kömək edəcək. Elə Pozitiv Psixologiya Mərkəzinin də məqsədi budur: sağlam gələcəyə bu gündən başlamaq... Məhz bu səbəbdən də Mərkəzin kollektivi insanlara yardım etməyə, kömək əli uzatmağa çalışırlar.

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 195 B, (Azadlıq metrosunun çıxışında) 
Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7 A, əlaqə nömrəsi: 070 725 00 00

Избранный
17
qafqazinfo.az

1Источники