RU

Çad Fransa ilə əməkdaşlıq müqaviləsini pozdu

Çad Fransa ilə müdafiə sahəsində imzaladığı müqaviləni ləğv etdiyini bəyan edib. Bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbəri Abderaman Kulamalla məlumat verib.

Məlumat ilk olaraq "Agence France-Presse" (AFP) tərəfindən yayımlanıb.

Nazir qeyd edib ki, Çad hökuməti Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin ləğvi qərarını ictimaiyyətə çatdırır. Ancaq bu addımın səbəbləri barədə hər hansı bir açıqlama verilməyib. 

Çadın Fransa ilə 5 sentyabr 2019-cu il tarixində bağlanmış hərbi əməkdaşlıq sazişini dayandırması Afrikada Fransanın kolonial keçmişinə və istismar siyasətinə qarşı artan narazılığın növbəti nümunəsidir.

2023-cü ilin sonunda Fransa Nigerdən qoşunlarını çıxarmağa məcbur oldu. Oxşar vəziyyətlər Seneqal və Burkino Fasoda da müşahidə edildi. Bu hadisələr Afrikada Fransanın hərbi varlığına və təsirinə qarşı güclənən müqavimət ruhunun göstəricisidir.

Fransaya qarşı narazılıq yalnız Afrika ilə məhdudlaşmır. Uzaq dəniz ərazilərində də Parisə qarşı əsl etiraz dalğası yüksəlməkdədir. Yeni Kaledoniyada həbsdə olan fəalların siyasi məhbus hesab olunması artıq heç bir şübhə doğurmur. Bu gedişat Fransanın keçmişdən miras qalan siyasətinin müasir dövrdə ciddi suallar doğurduğunu nümayiş etdirir.

Qeyd edək ki, Çad Şimali Mərkəzi Afrikada yerləşən və dənizlə əlaqəsi olmayan ölkədir. Paytaxtı N'Djamena olan bu ölkə təbii sərvətləri ilə zəngindir. Çadın iqtisadiyyatı əsasən kənd təsərrüfatına və heyvandarlığa əsaslanır. Buna baxmayaraq, ölkə uzun müddət müharibələr və siyasi qeyri-sabitliklə üzləşib. Çad həmçinin böyük etnik və mədəni müxtəlifliyə sahibdir, burada müxtəlif dildə danışan və fərqli ənənələri daşıyan qruplar mövcuddur. Çadın coğrafi müxtəlifliyi səhradan savanna və meşəlik sahələrə qədər dəyişir, bu da bənzərsiz təbii mənzərələrə yol açır.

Milli.Az

Избранный
22
1
milli.az

2Источники