RU

Dörd yaşlı uşaq 2000 dollarlıq dondurmasifariş etdi

"ABŞ"də dörd yaşlı uşaq anasının noutbukundan 2000 dollar dəyərində dondurma sifariş edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Complex" məlumat yayıb.

Cenniferin dörd yaşlı oğlu Bruklin 51 rəqəmini yüksək səslə təkrarlamağa başlayanda anası bunun oğlanın 51 qutu dondurma sifarişi ilə bağlı olduğunu bilməyib.

Belə ki ki, uşaq anasının nəzarətsiz qoyduğu noutbukdan istifadə edərək külli miqdarda alış-veriş edib. Cennifer bu məbləğin böyük bir ailənin birdəfəyə ödəməsi üçün çox olduğunu söyləyib.

Satıcı pulu qaytarmaqdan imtina edib və Cenniferin dostu ona kömək etmək üçün sosial şəbəkələrdə xeyriyyə aksiyası təşkil edib. Nəticədə ürəyiaçıq insanların sayəsində 25 min dollar yığılıb. Amerikalı qadın bu pulun oğlunun təhsilinə gedəcəyini bildirib.

Sevinc İBRAHİMZADƏ

Избранный
12
redaktor.az

1Источники